Allgäu rayonunun 79 əhalisi olan “Gunzesried-Säge” kəndi 45 qaçqını qəbul edəcək. Oberallgäu rayon ofisi bu məqsədlə hotel icarəyə götürüb. Lakin kəndlilər arasında layihəyə qarşı sərt müqavimət var.
Kənddə uşaq bağçasının, bazarın olmadığı bildirilsə də, qaçqınların ölkəyə necə “inteqrasiya” edəcəyi, bu bölgədə nə ilə məşğul olacaqları müzakirə mövzusu olub.
Kənd sakinləri layihənin reallaşmasını istəməsə də, hadisə sosial mediada da trend mövzusuna çevrilib.