Əsas əlaqə İnterpol tərəfindən axtarışa verilən və ABŞ sanksiyaları altında olan moldovalı iş adamı İlan Şordur. Bu sxem: PSB – İlan Şor və onun “A7” firması – “Mərkəzi Asiya Kapital Bankı” – Rusiya ordusunu silahla təmin edən Çin şirkətlərinə maliyyə axınının aparılması üçün ideal kanal olub.
“Mərkəzi Asiya Kapital Bankı” bu yaxınlarda Rusiyaya qarşı sanksiyalardan yayınma zəncirinin əsas halqasına çevrilib. O, ABŞ-ın 2025-ci ilin yanvarında Şor və PSB ilə əməkdaşlıq üçün məhdudiyyətlər qoyduğu Qırğızıstan “Keremet Bankı”nı əvəz edib.
Sanksiyalardan daha effektiv şəkildə yan keçmək üçün İdarə Heyətinin sədri Kantemir Çalbayevin başçılıq etdiyi Keremetin keçmiş top-menecerlərindən ibarət bütöv bir komanda “Mərkəzi Asiya Kapital Bankı”nın rəhbərliyinə yerləşdirilib. Bankın əməliyyatlarına “nəzarət edən” şəxslər kriminal aləmdə tanınmış maliyyə fiqurlarıdır: Aleksey Şirşov və İqor Qoyxman. Onların sanksiyaya məruz qalan Keremetlə də birbaşa əlaqəsi var.
Əvvəllər “Mərkəzi Asiya Kapital Bankı” tələsik Maliyyə Nazirliyinin mülkiyyətinə keçirilərək Rusiyaya və Rusiyayla sərhədyanı ərazilərdə rubl əməliyyatları üçün hesablaşma bankı edilib. Bütün bunlar “Mərkəzi Asiya Kapital Bankı”nın beynəlxalq cinayət zəncirinin əsas elementinə çevrilməsinə kömək edib. Axı, xarici silahların Rusiya ordusuna gizli çatdırılması üçün vəsaitin dəqiq və vaxtında ödənilməsi lazımdır.