Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra geri qayıdaraq Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, pilot qülləyə dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir.
“Təyyarədə partlayış və şiddətli silkələnmə hiss etdik, lakin təyyarə qalxmağa davam etdi. Mühərrikdən çıxan alov hər kəsi panikaya saldı”, – sərnişin Skott Volf deyib.