Vaxt.Az

Azərbaycanda növbəti əfv gözlənilir


 

Komissiyaya 500-dən artıq müraciət daxil olub

Azərbaycanda növbəti əfv gözlənilir Əfv Komissiyasının həlledici iclası yaxınlaşır. İndiyədək komissiyaya məhkumlardan və onların yaxınlarından 500-dən artıq müraciət daxil olub. Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, növbəti iclas aprelin 23-də keçiriləcək.

Bu il Komissiyanın artıq 6-cı iclası olacaq. Müraciətlər qadınlar, kişilər, əcnəbilər və əlilliyi olan şəxslər də daxil olmaqla, bütün kateqoriyalardan olan məhkumlar tərəfindən ünvanlanıb. Onların hamısı cəzanın yüngülləşdirilməsini və ya azad olunmalarını istəyir.

Müraciətlərin baxılması başa çatdıqdan sonra yekun siyahı Prezidentə təqdim ediləcək. Əfvin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar elan olunacağı gözlənilir.

 





17.04.2025    çap et  çap et