Vaxt.Az

Kosmosdan daş gəlir ...


 

Asteroidlər Yerdəki həyatın mənşəyinə işıq salmaq potensialına malikdir

Kosmosdan daş gəlir ... Alimlər karbonla zəngin asteroidlərin nə üçün gözləniləndən çox az sayda Yerə düşdüyünü aşkar ediblər. Yeni tədqiqat həm də həyat verən maddələrin planetə necə gəldiyini işıqlandırmaq potensialına malikdir.

Karbonla zəngin asteroidlərdə həyatın tikinti materialı olan yüksək miqdarda amin turşuları və su var. Alimlər buna görə də onların Yer üzündə həyatın yaranmasında əsas rol oynadığına inanırlar.

Lakin bu meteoritlərin nümunələrinə Yer kürəsində nadir hallarda rast gəlinməsi onların işinə maneə yaradır. Daşlar atmosferdən keçərək yerə çatan meteoroidlərə aiddir.

Meteoritlərin əksəriyyəti Mars və Yupiter arasındakı Asteroid qurşağından ayrılaraq və daxili Günəş sisteminin içərisinə keçərək Yerə çatır. Bu günə qədər aparılan hesablamalara görə, atmosferə daxil olan meteoritlərin demək olar ki, yarısı karbonla zəngin olmalıdır.

Lakin elm adamları tapılan daşların yalnız 4 faizinin bu tipdən olduğunu bildirirlər.

Paris Rəsədxanasından Patrik Şoberin rəhbərlik etdiyi tədqiqat qrupu bunun səbəbini öyrənmək üçün 7982 meteorit trayektoriyasını və 540 potensial meteorit düşməsini təhlil edib.

Bu günlərdə nəzərdən keçirilən və “Nature Astronomy” jurnalında dərc edilən tapıntılara görə, karbonla zəngin asteroidlər Günəşin istiliyi atmosferə çatmadan parçalanır.

Əvvəllər belə hesab edilirdi ki, bu cisimlər atmosferə daxil olan kimi parçalandıqları üçün Yer kürəsində nadirdir. Lakin yeni araşdırma göstərir ki, onlar atmosferdə hətta alov topu yarada bilməyəcək qədər kiçik parçalara bölünürlər.

“Curtin” Universitetindən olan məqalənin həmmüəllifi Hadrin Devillepoiks “Biz çoxdan şübhələnirdik ki, zəif, karbonla zəngin materiallar atmosferə daxil olduqda sağ qalmır”, –deyib.

Bu araşdırma göstərdi ki, bu meteoroidlərin əksəriyyəti o qədər də uzağa getməyib, Günəşə yaxın keçərkən dəfələrlə qızdırıldıqları üçün parçalanıblar.

Tədqiqatçılar hesab edirlər ki, bu asteroidlər tərkibindəki uçucu maddələrin səviyyəsinə görə Günəş tərəfindən bu qədər təsirlənir. Ulduzun yaxınlığından keçərkən təzyiqlərə dayanıqlı ehtimalı olsa da, bir müddət sonra sonra parçalanmağa başlayırlar. Sonra Yer atmosferi onların səthə çıxmasını çox çətinləşdirir.

Doktor Devilpoiks deyir ki, asteroid qalıqları parçalandıqdan sonra toz halında Yer atmosferinə düşür. O, onların daşıdıqları suyun atmosferə hopduğunu və yağış kimi yağdığını deyir, lakin amin turşularının zərbədən sağ qalıb-qalmaması məlum deyil.

Alimlər deyirlər ki, hansı cisimlərin atmosferdən keçdiyini, niyə və necə keçdiyini başa düşmək, ilkin Günəş sistemində və Yerdə həyatın mümkün olmasına şərait yaradan şərtlərin necə meydana gəldiyi barədə daha aydın təsəvvür yaratmağa kömək edəcək.

 





17.04.2025    çap et  çap et