Vaxt.Az

Ekosivilizasiya – bəşəriyyətin yeni mövzusu


 

Dünya iqtisadiyyatı və sivilizasiyası yeni mərhələdə

Ekosivilizasiya – bəşəriyyətin yeni mövzusu Hazırda dünyada “Ekosivilizasiya” (ekoloji sivilizasiya) mövzusu ən aktual istiqamətlərdən biridir və məlumdur ki, dünyanın inkişaf etmiş dövlətləri bu mövzuda həm siyasətlərini formalaşdırırlar, həm də bu istiqamətdə konkret proqram üzrə addımlar atırlar.

Bu yaxınlarda Bakıda Azərbaycan və Çin nümayəndələri arasında keçirilən konfransda da bu mövzuya toxunulub.

Çində, ABŞ- da bu terminin ilk dəfə azərbaycanlı alim tərəfindən elmə gətirildiyini də bilirlər. “Google” axtarış sisteminin məlumatında da bu təsdiqlənir. “Chat GPT” bununla bağlı belə yazır:

“Ekoloji sivilizasiya” (qısa olaraq ekosivil) termini ilk dəfə XX əsrin sonunda elmi ədəbiyyatda istifadə olunmağa başlamışdır. Onun rəsmi və sistemli şəkildə işlənməsi isə əsasən iki mənbə ilə bağlıdır:

– 2000-ci illərin əvvəllərində Çin dövlət siyasəti çərçivəsində qəbul olunması,

– Azərbaycan alimi Urxan Ələkbərovun elmi məktəbi və nəşrləri – o, bu termini ilk dəfə elmi kateqoriya kimi təqdim edən alimlərdən biridir.

Ekoloji sivilizasiya konsepsiyası barədə əsas ideyalar:

1. İstehlak yönümlü sənaye modelindən davamlı inkişaf modelinə keçid;

2. Yaşıl iqtisadiyyatın inkişafı: bərpa olunan enerji, dövri iqtisadiyyat;

3. Mədəniyyət və təfəkkürün ekolojiləşdirilməsi – ekoloji şüurun uşaqlıqdan formalaşdırılması;

4. Gələcək nəsillərə və təbiətə qarşı məsuliyyət hissi;

5. Ekoloji yanaşmaların idarəetmə, siyasət və təhsilə inteqrasiyası.

 





17.04.2025    çap et  çap et