Nəyi tədris etməyin, hansı tədqiqatları aparmağın, kimləri işə qəbul etməyin özəl universitetin öz haqqı olduğu bildirilib.
İrəli sürülən tələbləri universitetin müstəqilliyinə, prinsiplərinə və uzun illər oturuşmuş ənənələrinə zidd hesab ediblər.
Bildirilib ki, bu tələblər hökumətin universitet üzərində nəzarəti ələ keçirmək cəhdidir və bu, yolverilməzdir.
Beləliklə, görünən odur ki Harvard Universiteti akademik azadlığını və elmi-tədqiqat müstəqilliyini 2 milyarda qurban vermədi.
Görəsən bəşəriyyət, elm bununla uddu, yoxsa uduzdu?
İlk baxışda elə görünə bilər ki, böyük maliyyə resursları olmadan elm üçün, bütövlükdə inkişaf üçün bu, uğursuz yanaşmadır. Əlbəttə, güman ki ilkin mərhələdə çətin olacaq.
Amma fikrimcə Harvardın akademik müstəqilliyi qorumaq addımı Trampa başa saldı ki, elə bəşəri dəyərlər var ki, onlar pula satıla bilməz. Harvard bir daha göstərmiş oldu ki, o adi, sıradan bir diplom verən akademik mərkəz deyil, həm də intellektual, innovativ və ictimai-sosial bir mühitdir.
Harvard bu addımı ilə dünyada elmi institutların, elmi tədqiqatların müstəqilliyinin vacibliyinə, elm və təhsilin siyasi intriqalara qurban verilməməsinə diqqət çəkdi.
Hansı ki, bu, bəşəriyyətin inkişafı üçün də mühüm amildir.