Məncə repertuar çox vacibdir.
Azərbaycan teatrının səhnəsində öz dövrünün sosial mesajlarını daşıyan tamaşalar yoxdur.
Tamaşaçı cəmiyyəti narahat edən, həyatının düz ortasından keçən problemləri səhnədə görmür.
Nə qədər pafoslu tamaşalar olar?
Müasir həyatımızla bağlı bir tamaşa yoxdur.
Hanı bəs bu günün qəhrəmanı?
Bu günün ağrılarını daşıyan, ədalətsizilyə qarşı vuruşan, cəmiyyət üçün layiqli həyat uğrunda mübarizə aparan qəhrəmanlarımız haradadır?
Görmürük onları...
Var axı onlar. Rüşvət almayan təmiz adamlar, öz işində məsuliyyətli və vicdanlı olan dövlət məmuru, cinayətkarlara qarşı vuruşan qorxmaz hüquq işçilərimiz, rahat işini atıb, kostyumunu çıxarıb Vətəni qorumağa yollanan qəhrəmanlarımız, adamlar üçün işıq olan, vətəndaş mövqeyi olan zəmanəmizin qəhrəmanları...
Güclü aktyor təbəqəsi var, amma repertuar... Səhnə milenium tamaşaçılarına deyil, 1980-90-cı illərin nəslinin zövqünə hədəflənib sanki.
Teatr öz zamanı ilə səsləşməlidir. Xalq səhnədə gördüyü obrazların gerçək həyatla uzlaşdığını hiss etməlidir.
Rus çarı I Nikolayın Qoqolun "Müfəttiş" tamaşasına baxandan sonra dediyi məşhur ifadə var: “Bu mənə dərs oldu... Hər şeyi gördüm”.
Teatr da göstərməlidir. Ağrı indikatoru olmalıdır.