Camaatın arasından bir nəfər qışqırdı: “Bunları Bubaanın (laz ləhcəsi ilə atanın) puluylamı etdin?”
Polis, jandarma, Dəmirəlin mühafizəçiləri və bələdiyyə işçiləri dərhal qışqıran şəxsə tərəf hərəkətə keçdi.
Baş nazir Dəmirəl onlara “Dayanın!” dedi: “Gözləyin! Kişi doğru sual verdi. Gözləyin!”
Sonra etiraz edənə baxıb danışmağa başladı: “Ulan! Sənin və mənim bubamın pulunu üst-üstə qoysaq belə, yenə də çatmaz. Bu meydandakı hər kəs bubasının pulunu gətirib qoysa, bu da çatmaz. Xalqın pulu ilə etdim. Sənin verginlə. Amma məndən əvvəlkilər etmədi, mən etdim. Başa düşdünmü?”
Etiraz edən şəxs Dəmirəli alqışlamağa başlayıb: “Vallah düz deyirsən, əfəndim. Allah sizdən razı olsun”.
Siyasət budur.
Əsl siyasətçi etirazçıya qışqırmaz və səsini kəsməz. Əksinə onu siyasətçini alqışlamağa təşviq edər.
Süleyman Dəmirəl atası Yəhya Çavuş və anası Ümmühan xanımla İslamköydəki ata evini bizə göstərərkən içəri girmək üçün başımızı aşağı əyməli olduq. Dəmirəl kərpic otağa nəzər saldıqdan sonra bunları söylədi: “Bu otaqda bacı-qardaşlarımla yaşayırdım. Elektrik yox idi, kerosin lampaları ilə oxuyub yazırdıq. Kənd məktəbini bitirdim. Orta məktəb yox idi. Orta məktəbə getmək üçün hər qəsəbə mərkəzinə kilometrlərlə piyada gedirdik. Sonra Afyon Liseyi və universitet. Məndən Cümhuriyyət nədir deyə soruşsanız, sizə cavabım belədir: Cümhuriyyət İslamköylü bir kənd uşağını baş nazir edən müqəddəsimizdir. Biz bu Cümhuriyyət üçün Böyük Atatürkə borcluyuq”.