Vaxt.Az

Fransanın kabusu – körpə ölümləri


 

Ən yüksək ölüm nisbəti olan bölgələrdə əsas problem sosial bərabərsizlikdir

Fransanın kabusu – körpə ölümləri Fransada uşaq ölümü yenidən artmaqdadır. Təxminən 10 gün əvvəl Fransa Milli Doğum Qeydiyyat Sisteminin açıqladığı statistikada körpə ölüm nisbətinin 2024-cü ildə hər 1000 doğuşa 4,1-ə yüksələcəyi ilə bağlı xəbər yaymışdıq. Bu dəfə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) 10 aprel 2025-ci il tarixində dərc etdiyi hesabat əvvəlki rəqəmlərdən daha acınacaqlı olub. Hesabata görə 700 körpə 2024-cü ildə ilk doğum gününə çatmadan həyatını itirib.

Hesabatda, xüsusilə 1-27 günlük yaşlar arasında körpə ölümlərində artım olduğu və bunun ümumi nisbəti artırdığı bildirilir. Oğlan uşaqlarında ölüm riskinin qızlara nisbətən daha çox olduğu ifadə edilərkən, hamiləliklərdə uşaq itirmək riski 5 qat artıb.

Ən yüksək körpə ölüm nisbətləri Seine-Saint-Denis, Territoire de Belfort və DOM (Overseas Territories) kimi yerlərdə müşahidə olunub. Qayana 9,7 ölüm nisbəti ilə siyahıya liderlik edir. Mayotte (9,2), Martinik (8,0) və Qvadelupa (7,8) kimi bölgələrdə də bu göstəricilər həyəcan vericidir.

Mütəxəssislər vurğulayırlar ki, yoxsulluq, səhiyyə xidmətlərinə çıxışın olmaması və sosial bərabərsizliklər uşaq ölümünü şərtləndirən amillərdir.

 





17.04.2025    çap et  çap et