Həbsxanalarda sıxlıq problemi getdikcə artır. 2025-ci il fevralın 1-nə ölkədə məhbusların sayı 81 599 nəfərə çatıb. Ölkə həbsxanalarındakı tutum isə cəmi 62 404 nəfərlə məhdudlaşıb. Bu, ölkədə ümumi doluluq nisbətini 130 faizi, bəzi ərazilərdə isə hətta 140 faizi ötüb.
Fransa Auditorlar Məhkəməsinin hesabatına görə, bir məhbusun dövlətə gündəlik orta hesabla xərci 105 avro təşkil edir. Ancaq Ədliyyə Nazirliyinin məlumatlarına görə, bu rəqəm 130 avro olaraq göstərilir. Xüsusilə yüksək rejimli həbsxanalarda bu rəqəm 252 avroya çatır. Məhkumluğu təsdiq olunmayan məhbuslar üçün isə orta hesabla 117 avro xərclənir. Bunun əksinə olaraq, yarı azad statusunda olanlar üçün gündəlik xərc 50 avro, elektron qolbaqlarla cəza çəkənlər üçün isə cəmi 10 avrodur.
Fransada məhbusların saxlanma şəraiti beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə tənqid edilib. Avropa Şurasının 2024-cü il məlumatlarına görə, Fransa həbsxana şəraitinə görə Kipr və Rumıniyadan sonra üçüncü ən pis ölkədir. Xüsusilə ötən ilin sentyabrında Nimes şəhərində baş verən üsyan həbsxanalardakı vəziyyəti bir daha ortaya qoydu. 100-dən çox məhbus dörd saat ərzində öz kameralarına qayıtmaqdan imtina edib. Məhkumlar siçovullara, taxta qurduna, antisanitariya və qeyri-insani yaşayış şəraitinə etiraz etdilər. Sözügedən həbsxanada doluluq 267 faizə çatıb.