Vaxt.Az

“Uşaq bezlərinə indi həmişəkindən daha çox ehtiyacı var”


 

İki təyyarə ilə Xameneyini rüsvayçı təslimçiliyə məcbur edən Tramp

“Uşaq bezlərinə indi həmişəkindən daha çox ehtiyacı var” İki gün əvvəl (aprelin 15-də) dövlət başçısı, bir sıra parlamentarilər və bəzi digər hökumət rəsmiləri ilə keçirilən görüşdə İslam Respublikasının lideri Əli Xameneyi deyib ki, rejim Tehran və Vaşinqton arasında danışıqlarda qarşı tərəfə çox bədbin və öz imkanlarına isə nikbin yanaşır.

Xameneyi Oman danışıqlarını Xarici İşlər Nazirliyinin onlarla vəzifəsindən biri hesab edərək bildirib ki, milli məsələlər danışıqlara bağlanmamalıdır.

“Biz bu danışıqlara nə həddindən artıq optimist, nə də həddən artıq bədbin yanaşırıq. Nəhayət, bu danışıqlar ilk mərhələdə (raundda) yaxşı qərar verilmiş və həyata keçirilmiş bir iş və hərəkətdir”.

Fars-molla rejiminin rəhbəri bu danışıqlardan əvvəl demişdi ki, Amerika ilə ağıllı, düşüncəli və şərəfli danışıqlar İranın bu və ya digər hər hansı bir problemini həll etməyəcək.

Məsih Əlinejad (İran əsilli amerikalı jurnalist, yazar və qadın hüquqları müdafiəçisidir, hazırda “Amerikanın Səsi” Fars Xidmətində aparıcı/prodüser, “Radio Farda”nın müxbiri, “Mən-o-to” televiziyasının müəlliflərindən biri və “Iran Wire”da redaktor) özünün “İnstaqram” səhifəsində yazıb: "Bu, Xameneyinin bir neçə dəqiqə əvvəl ölkə rəsmilərinə ABŞ-la danışıqlarla bağlı söylədiyi fikirlərdir. Elə danışır ki, elə bil özü bir az əvvəl qatil Trampla heç vaxt danışıq aparmayacaqlarını deyibmiş. Qasım Süleymanidən sonra danışıqları şərəfsizlik və ağılsızlıq adlandırmışdı. Sanki danışıq apardıqları şəxs onların sərt qisaslarının hədəfinə çevriləcəkdi.

Bu titrək səs və kağızdan deyilən sözlər Xameneyidən qalan son görüntülərdir. Xomeyni də ömrünün son anında, təhqir olunduğu bir vaxtda uca bir səslə dedi ki, artıq zəhər fincanını içmişdir (Xomeyni İraqla atəşkəsə imza atılmasını “zərəh içmək” kimi qiymətləndirmişdi). İndi Xameneyi də özünü atıb Əli çəp küçəsinə!

Elə bil ki, o, Malayziya və ya Maldiv adaları ilə müzakirələrdən danışır. Sanki Tramp nə Amerikanın bir nömrəli şəxsidir, nə də İslam Respublikası beş onillikdir ki, “Amerikaya ölüm” şüarını heç səsləndirməyib. Sanki Qasım Süleymani də avtomobil qəzasında həlak olub.

Hətta Trampın özü də inana bilmir ki, o, bir neçə “B2” təyyarəsini daşımaqla Xameneyini bu rüsvayçılığa və təslim olmağa məcbur edib.

Siz hardasınız, aöalar və əyanlar? Qəbul edin! Bu cəsur, inqilabçı və barışmaz liderinizdir (Xameneyi də zamanında Obama ilə razılaşmanı qəhrəmancasına razılşama adlandırmışdı) ki, bu günlərdə Trampla danışıqlar aparmaqdan qorxur və uşaq bezlərinə həmişəkindən daha çox ehtiyacı var”.

 





17.04.2025    çap et  çap et