Vaxt.Az

Polşaya gedən turistlərin nəzərinə


 

25 min obyektin şəklini çəkmək qadağan olunub; cərimə və həbs təhlükəsi

Polşaya gedən turistlərin nəzərinə Polşada yeni qanun bəzi ictimai strukturların fotoşəkillərini çəkməyi qadağan edir. Qanun pozuntusuna yol verildiyi halda vətəndaşları böyük məbləğdə cərimələr və hətta həbs gözləyir.

***

Polşa Müdafiə Nazirliyi ölkə daxilində mühüm infrastruktur obyektlərinin fotoşəkillərinin çəkilməsi və lentə alınması qaydalarını özündə əks etdirən yeni fərman dərc edib. Fərman çərçivəsində 25 minə yaxın tikili, qurğu, cihaz və ərazi mühafizəyə götürülüb.

Qadağanın əhatə etdiyi yerlərə aşağıdakılar daxildir:

Hərbi obyektlər;

Körpülər və tunellər;

Dəmir yolları və qatarlar;

Hava limanları və limanlar;

Poçt şöbələri və elektrik stansiyaları;

Hökumət binaları və Mərkəzi Banka məxsus binalar.

Qanun bu gündən (17 aprelin 2025-ci il) qüvvəyə minib.

Qanun Polşanın milli müdafiə və casusluqla mübarizə qanununa edilən dəyişikliklərin bir hissəsi kimi qüvvəyə minib. Qanuna rəğmən şəkil çəkdirənləri telefonları və ya kameraları müsadirə olunmaqla yanaşı, 20.000 zlotiyə (təxminən 4.600 avro) qədər cərimə və ya ağır hallarda 5 gündən 30 günə qədər həbs cəzası gözləyir.

***

Yeni qayda kinorejissorlara və peşəkar fotoqraflara xüsusi icazələr verir. Bundan başqa, fərmana müəyyən hallarda qadağadan azad ediləcək şərtləri ətraflı əks etdirən siyahı əlavə edilib.

İstisnaların əhatəsinə düşən hallara yanğınsöndürənlərin xilasetmə əməliyyatları, mətbuat konfranslarının və müsahibələrin qeydə alınması, xarici nümayəndə heyətlərinin imzalanma mərasimlərinin sənədləşdirilməsi daxildir. Bu hallarda, qadağanedici işarələr olsa belə, sözügedən tikililərin fotoşəkillərinin çəkilməsinə icazə veriləcək.

***

Bu qanunla Polşa özünü düşmənin, xüsusən də Rusiyadan gələn casusluq fəaliyyətlərindən qorumağı hədəfləyir. Rəsmi açıqlamalarda bu qanunun “beynəlxalq qeyri-sabitlik mühitində kritik infrastrukturu kənar müşahidəçilərə qarşı daha da qorumaq” məqsədi daşıdığı bildirilir.

Keçən ildən bəri Polşada baş verən bir sıra müəmmalı yanğınlardan sonra hakimiyyət hadisələrin Rusiya təxribatı ola biləcəyindən şübhələnir.

 





17.04.2025    çap et  çap et