Bu düşüncə sahibləri hesab edirlər ki, millətimizə yalnız boş vədlər verməklə, sadəcə müəyyən inandırıcı ritorika vasitəsilə onların iradəsini yönləndirmək olar.
Amma bu yanaşma, həm tarixi təcrübə baxımından, həm də müasir ictimai şüurun səviyyəsi kontekstində tamamilə yanlışdır.
Günümüzdə Güney Azərbaycanda inkişaf edən milli-demokratik mücadilə nə sağ, nə də sol ideoloji cərəyanların təsiri altındadır. Bu hərəkat “nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi” şüarına əsaslanaraq, sırf milli maraqlar üzərində formalaşan və millətimizin öz istəyi, azad iradəsi ilə yüksələn çox milyonlu milli-siyasi prosesdir.
Ona görə də artıq ideoloji və siyasi baxımdan çürümüş və tarixən iflasa uğramış düşüncə sistemlərinin bu mübarizəyə təsir göstərmək potensialı yoxdur.
Müasir dövrdə Güney Azərbaycanın milli-demokratik hərəkatı, millətimizin öz kimliyini, dilini, mədəniyyətini və siyasi gələcəyini təmin etmək məqsədi daşıyır.
Hər kəs bilməlidir ki, Güney Azərbaycanda gedən milli azadlıq mübarizənin prinsipial təməli millətimizin oyanmış milli şüuru və dövlətçilik düşüncəsi əsasında milli-demokratik istəkləridir yəni söhbət yalnız mədəni haqlardan deyil, eyni zamanda milli iradəyə əsaslanan, demokratik və hüquqi prinsiplərlə təşkil olunmuş gələcək siyasi quruluşun formalaşmasından gedir.
Bir sözlə, Güney Azərbaycan milli azadlıq hərəkatı, saxta və tarixi etibarlılığını itirmiş ideologiyalardan arınaraq, milli-demokratik əsaslarda və çağdaş reallıqlara uyğun şəkildə inkişaf etməkdədir.
Bu hərəkatın uğur qazanması isə onun real istəklərinə söykənməsi və xarici ideoloji təsirlərdən uzaq durması ilə bilavasitə bağlıdır.
Son olaraq hər kəs bilməlidir ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatına yönəlmiş istənilən təxribat və təhdidlər neytrallaşdırılacaq, və bu hərəkatdan sui-istifadə etməyə çalışan fürsətçi dairələrə heç bir şəkildə imkan verilməyəcəkdir.