“Çölçü Çağdaş Sözlük” – min illər öncə danışılmış, amma bu gün bizə susqun baxan türkcə köklü sözləri geri çağırmaqdır.
Sözləri daşdan, sazdan, torpaqdan oyaraq, onlara yenidən nəfəs vermək, yeni yaşam, can vermək, onu məktəbə, telefona, poeziyaya, brendlərə, mahnılara qaytarmaqdır.
Bu sözlüyü diriltmək üçün nələr edəcəyik?
– Unudulmuş türkcə köklü sözləri toplayırıq;
– Onlarının kökünü , yaranışını incələyib, araşdırıb, yazıda içində necə yaşadığını, canlandığını yazırıq;
– Onları gənclərin, sənətkarların, dəyər yaradıcılarının gündəlik dilinə qaytarırıq;
– Bu sözləri çağdaş deyimlərə , görüntülərə , uyğulamalara və gücə çeviririk.
Bu sözlük muzeylər üçün deyil, gələcək üçün yazılır.
Hər kəsə səslənirik! Toplaşın – könüllülər axtarırıq.
Yazıçı, araşdırmaçı, düzənləyici, dil aşiqi, törəli insan...
Əgər sən də “söz” deyəndə təkcə səsləri yox, bir xalqın ruhunu duyursansa — gəl.
Bu qutsal bir işdir.
Bu yenidən söz sahibi olmaqdır.
Bu Çölçü çağırışıdır.
Çağdaş sözlük yaradıcılarından biri də sən də ol. Bizimlə çalış , dilimizi duruldaq, içimizdəki gücü oyat, bizimlə birləş.