Vaxt.Az

“Qarabağ”ın iki rəqibi qarşı-qarşıya


 

“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?

“Qarabağ”ın iki rəqibi qarşı-qarşıya Avropa Liqasının yarımfinalındakı 4 komandadan ikisi bu mövsüm “Qarabağ”ın rəqibi olub. Bir-biriləriylə qarşılaşacaqlarını nəzərə alsaq, finalçılardan azı 1-i təmsilçimizlə üz-üzə gəlmiş kollektiv olacaq.

Bu komandalardan biri “Bodo Qlimt”di. O “Bodo Qlimt” ki, evində cəmi 1 məğlubiyyəti var, onu da “Qarabağ”dan alıb. Digəri isə penaltini qaçırdığımız “Tottenhem”di. O matçda ələ düşən epizodlardan yararlanmaq mümkün olsaydı, indi başqa şeylərdən danışırdıq.

Prinsipcə, danışa da bilərik. Çox güclü rəqiblərlə üz-üzə gələn “Qarabağ”ın sonuncu pillədə qərarlaşması üzücü olsa da, hazırkı durum bir qədər fərqli düşünməyə vadar edir. O ki, püşk də, bəzi vəziyyətlər də “köhlən atlar”ın xeyrinə olsaydı, təmsilçimiz daha yaxşı çıxış edə, daha yaxşı mövsüm keçirə bilərdi.

“Qarabağ” heç bir rəqibinə asan təslim olmadı, güc göstərdi. Liqa variantında ilk sınağı uğursuz olsa da, qazanılan təcrübə böyük oldu. Bu təcrübə qarşıdakı mövsümdə komandaya çox kömək edəcək.

 





18.04.2025    çap et  çap et