Vaxt.Az

İran ICJ-yə müraciət etdi


 

Tehran vurulan Ukrayna təyyarəsi ilə bağlı ICAO-nun qərarından narazıdır

İran ICJ-yə müraciət etdi İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən raketlə vurularaq 176 nəfərin ölümünə səbəb olan Ukrayna sərnişin təyyarəsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatında (ICAO) Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın başlatdığı prosesi Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) təqdim edib.

ICJ-nin verdiyi açıqlamaya görə, İran Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı ICAO-nun qərarına müraciət edib.

İran 8 yanvar 2024-cü ildə Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın ICAO Şurasında ona qarşı başlatdığı iş üzrə etirazlarını rədd edən ICAO-nun 17 mart 2025-ci il tarixli qərarı ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. İranın müraciətinin ICAO-nun qərarına etiraz olduğu qeyd edilib.

Müvafiq olaraq, İran Məhkəmədən ICAO Şurasının yurisdiksiyasının olmadığını, Böyük Britaniyanın işdə iştirak etmək hüququnun olmadığını və ICAO-nun səsvermə prosedurunun ədalətsiz olduğunu müəyyən etməsini istəyir.

İran BƏM-dən 1944-cü il Çikaqo Konvensiyasının 84-cü maddəsinə uyğun olaraq apellyasiya məhkəməsi kimi fəaliyyət göstərməsini və ICAO-nun qərarını etibarsız hesab etməsini xahiş edib.

***

Kanada, İsveç, Ukrayna və Böyük Britaniya ötən il qəzada ölən vətəndaşlarına görə İrana qarşı ICAO-ya iddia qaldırmışdı.

Bu ölkələr 2024-cü il yanvarın 8-də Çikaqo Konvensiyasının 84-cü maddəsinə əsasən, uçuş zamanı mülki təyyarəyə qarşı silah tətbiq edilməsi ilə bağlı hüquqi prosesə başlayıb və ötən iyun ayında bu məsələni Beynəlxalq Ədliyyə Məhkəməsinə aparacaqlarını bəyan ediblər.

İran ICAO Şurasının yurisdiksiyasına etiraz etdi, lakin bu etiraz rədd edildi.

 

Təyyarə necə vuruldu?

 

Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə İmam Xomeyni hava limanından Tehran-Kiyev reysi ilə havaya qalxdıqdan təxminən 3 dəqiqə sonra SEPAH tərəfindən iki raketlə vurulub.

Hadisə İranın İraqdakı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 8-nə keçən gecə İranın ABŞ bazalarına cavab hücumu həyata keçirdiyi və İran ordusunun mümkün əks-hücumlara qarşı hazır vəziyyətdə olduğu bir vaxtda baş verib.

 





18.04.2025    çap et  çap et