Vaxt.Az

Onların böyüdükləri yerdə heç nə yoxdur


 

Niyə ən sərt MMA döyüşçüləri Dağıstandan gəlir?

Onların böyüdükləri yerdə heç nə yoxdur Dünyanın ən yaxşı qarışıq döyüş növləri (MMA) idmançıları Rusiyanın Dağıstan Respublikasındandır. CNN-in təhlili qeyd edir ki, bunda Dağıstandakı ağır həyat şəraiti mühüm rol oynayır.

İslam Mahaçev və Həbib Nurməhəmmədov Dağıstandan gələcək qarışıq döyüş sənəti ustaları arasındadır. Yeni nəsil döyüşçülərin favoritlərindən olan İbrahim İbrahimov da indiyədək keçirdiyi 9 görüşdə məğlubiyyətsizdir.

20 yaşlı döyüşçü CNN-ə deyib: “Dağıstanda kişilər həqiqətən döyüşçü olmaq istəyirlər. Avropada həqiqətən döyüşçü olmaq istəyən oğlanlarsa çox deyil. Onlar döyüşçü kimi davranırlar. Hamısı üçün bunu demirəm, amma deyərdim ki, onların 30 və ya 50 faizi həqiqətən orada olmaq istəmir. Onlar sadəcə “İnstaqram”da görünmək üçün bu işdədirlər”.

Nurməhəmmədov da daxil olmaqla bir çox dağıstanlı döyüşçülərlə işləmiş məşhur MMA məşqçisi Mixael Lyubimov deyir ki, Rusiya idmançıları ABŞ-a gələndə artıq təcrübəli olurlar.

“Dağıstanda bir çox insanlar çarəsizlikdən gənc yaşda döyüşməyə başlayırlar”, – MMA məşqçisi deyir:

Onların gəldikləri yerdə heç nə yoxdur. Bura gələn oğlanların çoxu 6 yaşından döyüşür. Onlar UFC-yə daxil olanda, böyük bir yüksəlişdə iştirak edəndə və ya Amerikaya gələndə 200-dən çox döyüş keçirmiş olurlar.

Lyubimov həmçinin bildirib ki, Dağıstan döyüşçülərinin özlərinə inamı onların uğurlarının mühüm hissəsidir. O qeyd edir ki, əksəriyyəti müsəlman olan bu döyüşçülər içki içmir, şənlik keçirmir və vaxtlarını döyüş texnikasını təkmilləşdirməyə sərf edirlər.

Məşqçi deyir ki, bütün bu elementlərin birləşməsi Dağıstan MMA idmançılarını inadkar və intizamlı döyüşçülərə çevirir.

Dağıstanın qonşusu Çeçenistan Muxtar Administrasiyasından İsmayıl İsrailov MMA ilə məşğul olmaq qərarını uşaqlıqda çəkdiyi çətinliklərlə şərtləndirdiyini söylədi.

“Biz dağların arasında, yoxluğun ortasında yaşayırıq. Ətrafa baxırsan, heç nə yoxdur. Bizə qalan yalnız döyüşməkdir”.

 





18.04.2025    çap et  çap et