Vaxt.Az

Pezeşkianın Bakı səfəri hazırlıqları


 

Əksəriyyəti Güney Azərbaycandan olan iş adamları və valilərdən ibarət 120 nəfərli heyət olacaq

Pezeşkianın Bakı səfəri hazırlıqları İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfəri ilə bağlı hazırlıqlar intensiv şəkildə davam edir.

Bu barədə İran Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin məlumat verib. Onun sözlərinə görə, Ərdəbil və ölkənin şimal-qərbində yerləşən əyalətlərdən olan 110 nəfərlik özəl sektor nümayəndələri və iqtisadi heyət prezidentin səfəri öncəsi Azərbaycana yola düşəcək.

Pirmüəzzin əlavə edib ki, aprelin 28-də nümayəndə heyəti səfərə hazırlıq işlərini tamamlayaraq yekun razılaşmaları əldə etmək üçün Azərbaycana gedəcək. Prezidentlə birlikdə Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan ostanlarının valiləri də bu səfərdə iştirak edəcək.

Ümumilikdə, prezidentin səfəri zamanı onu 110-120 nəfərlik heyət müşayiət edəcək. Bu heyətə iqtisadi dairələrin nümayəndələri ilə yanaşı, İran parlamentinin və özəl sektorunun təmsilçiləri də daxildir.

 





18.04.2025    çap et  çap et