Husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ döyüş təyyarələri Hudeydanın Es-Salif rayonundakı Ras İsa limanını iki dəfə hədəfə alıb.
Hücum nəticəsində limanda baş verən yanğının söndürülməsi və yaralıların xilas edilməsi üçün mülki müdafiə qrupları işlərini davam etdirir.
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.
Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husiləri hədəf aldıqca və hücumlarını davam etdirdikcə, dəniz naviqasiyasındakı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.