Vaxt.Az

ŞÜŞƏ, ŞUŞA, ŞİİŞE


 

Öz dilimizdəki sözlərin yerinə niyə fars dilindəki kəlmələrdən istifadə edirik

ŞÜŞƏ, ŞUŞA, ŞİİŞE Seyid Əzim Şirvani: “Şəhr-i Qarabağa “Şişə” qoymuşlar ad, Bu şəhr pərilərdən olubdur abad. Təsxir-i pəri şişədə qılmaq xoşdur, Amma bu pərirulər əlindən fəryad!”

şüşə =>> Şuşa =>> şişə =>> şiişe

Türki dilində “şüşə” olan sözcüyü. çağdaş farslar “şiişe” (uzun i səsi ilə) tələffüz edir. Amma Taciklər, Əfğanlar, hətta indiki İranın özündə Tehrandan başqa farsların çoxu “şiişə” tələffüz edirlər.

Bizim ana dilimiz Türkidən alınmış bu sözcüyün düz tələffüzü, düz yazılışı “şüşə”dir. Şuşa adı “şüşə” sözcüyünün düz tələffüzünü özündə qala kimi qoruyub saxlayır.

Elə bu şəkildə siz Şuşa qalasının duvarını da görürsüz.

S.Ə.Şirvani, eləcə də başqa klassiklərimiz əruz vəzinin tələffüzünə görə “şiişə” yazıb tələffüz ediblər.

Bu rubaidə Şirvani belə deyir: “Qarabağ şəhərinə “Şişə” adı qoyublar. Bu şəhər oradakı pərilərin/gözəllərin var olduğuna görə abad olub. Pərini-Cini tutub şüşəyə salıb saxlamaq xoşdur. Buna baxmayaraq, bu pəri üzlü gözəllərin əlindən fəryad!”

Bir farsdan ”Şiişə nədir?” soruşduqda, “tez qırılan, iti bir maddədir, silisdən düzələr”, – deyər. Amma bizim dildə “şüş”, “şüşlənmək”, “şüşəlmək”, “şüşləmək”, sözcükləri var. İndi siz deyin: “şüşə” düzdü, yoxsa “şiişə”?

“Azərbaycanca”–”Azərbaycan ədəbi dili”nin tərəfdarları öz dilimizdə olan “duvar” sözcüyünün fars dilində, fars ağzıyla tələffüz edilməsini sevir, bunu düzgün yazılış kimi qəbul edir.

Ana dilimizdə “duvar” durmaq felindən yaranmış “durar” sonra “duvar” olub. Məgər “duvar” ayaq üstdə durmaq anlamında deyil?

Amma fars dilində “divar” sadəcə həyətin dörəsinə çəkilmiş bir tikintidir.

Hansı tələffüz kök sözcüyün anlamını özündə daşıyır? Əlbəttə düz tələffüz edilən “duvar”. Elə isə niyə özümüzü özgələrindən dilindən asmalıyıq?

Ondan başqa bizdə belə cümlələr quruluşu, anlamı var:

“Gəncə Bakıca ola bilərmi?”

“Bakı İstanbulca ola bilərmi?”

“İstanbul Tokioca ola bilərmi?”

Bu cümlələrdə “-ca” şəkilçisi “... yekəlikdə, böyüklükdə” anlamındadır. Başqa bir örnək:

“Gürcüstan Rusca ola bilərmi?”

İndi sizcə “Rusca” dil adı ola bilərmi? Olmaz. “Rusca” Rus ölkəsi yekəlikdə deməkdir.

“Küveyt Azərbaycanca ola bilərmi?” Yox, Azərbaycan daha böyükdür. Hələ daha da böyük olacaq!

 





18.04.2025    çap et  çap et