Üç əyalətdə eyni vaxtda basqın
Martın sonunda Almaniyanın üç müxtəlif ştatında (Hamburq, Şlezviq-Holşteyn və Saksoniya) 16 anbar və yaşayış məntəqəsinə basqın edilib. Əməliyyatda xüsusi əməliyyat qrupları da daxil olmaqla, ümumilikdə 200 hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib.
Reydlər zamanı müsadirələr – 189.000 avro nağd pul, 40.000 saxta “Viagra” həbi, təxminən 1 kilo “Ekstazi”, kokain, 47.000 avro dəyərində qızıl, bir “Rolex” saatı, lüks brend geyim, iki lüks avtomobil, və saxta blanklar diqqəti çəkib.
***
“Viagra” adətən reseptlə satılır və aptekdə təxminən 18 avroya başa gəlir. Bununla belə, qanunsuz olaraq satılan saxta versiyalar 80 avroya qədər alıcı tapa bilər. Bu məhsulların bir çoxu Şərqi Avropada yeraltı laboratoriyalarda antisanitar şəraitdə istehsal olunur və sağlamlıq üçün ciddi risklər yaradır.
Sifariş sistemi poçt vasitəsilə aparılırmış
Üç qardaş poçt və yük xidmətləri vasitəsilə kokain kimi maddələr satırmış. Müştərilər nağd pul göndərir və əvəzində tərkibində qeyri-qanuni maddələr olan bağlamalar alırmış. Sifarişlər ümumiyyətlə onlayn verilirdi; lakin bu mövzuda da heç bir təfərrüat verilməyib.
Səlahiyyətlilər dəstəni kiçik bir satıcı həbs edildikdən sonra aşkar ediblər. Aylarla davam edən araşdırmadan sonra əməliyyat keçirilib və üç qardaş hazırda həbsdə saxlanılaraq mühakimə olunurlar. Eyni zamanda Bavariyada daha bir narkotik alverçisi tutulub.