Sinopsis analitik mərkəzindən ekspert Çarlz Börtunun fikrincə, Çin muzdlularının döyüş əməliyyatlarında iştirakı Pekin hakimiyyətinin razılığı olmadan demək olar ki, mümkün deyil: “Bir neçə yüz çağırış yaşında olan çinli şəxsin döyüşlərdə iştirak üçün ölkəni tərk etməsi Pekinin icazəsi olmadan qeyri-real olardı. Dövlətin total nəzarəti və izləməsi şəraitində belə hərəkətlər nəzərdən qaça bilməzdi.” O, baş verənləri 1950-ci illərdə Koreya müharibəsində iştirak edən “çin xalq könüllüləri”nin fəaliyyəti ilə müqayisə edir. “Əvvəlcə – inkarı inandırıcı etmək üçün kiçik bir qrup, sonra isə tədricən kontingentin artırılması və qabaqcıl silahların verilməsi”, – deyə Börtun qeyd edir.
Analitiklər ehtiyat edirlər ki, Çindən dəstək alan Rusiya gələcəkdə qarşılıq verməyə məcbur qala bilər – məsələn, Çinin Tayvana mümkün hücumunu dəstəkləməklə.