Vaxt.Az

«İşlərin 65 faizi bitib»


 

Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq

«İşlərin 65 faizi bitib» Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq. «APA-Economics»in məlumatına görə, layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65 faizinin bitdiyini bildirib.

«Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir», - deyə layihə rəhbəri bildirib.

O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: «Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri «Tekfen» şirkətinin, 2 800-ü isə «Taşeron» şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq».

 





21.04.2014    çap et  çap et