Vaxt.Az

Sulduz terrorunun 46-cı ildönümü


 

Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər

Sulduz terrorunun 46-cı ildönümü İranın 79-ci il rejim dəyişimindən sonra kürd terror dəstələri və partiyaları, o cümlədən Kürdistan Demokrat Partiyası, Qərbi Azərbaycanın cənub-qərb bölgələrində fəaliyyətə başladılar. Bu terror partiyası, öz mediasını, örnəyin, radio və nəşrləri yararlanaraq türklərə qarşı nifrət yaymağa başlatdı, Qərbi Azərbaycanda gərgin bir ortamın yaranmasına nədən oldular.

Sulduz jandarmasının silahsızlaşdırılmasından sonra, 23 bəhmən 1357-ci ildə (11 fevral 1979-cu il) bəzi güclərin silahlanması ilə şəhərdəki nizam və təhlükəsizlik kəskin şəkildə pozuldu. İranda rejim dəyişdikdən yalnız bir neçə gün sonra, fevralın 18-də terrorçu Demokrat Partiyasının lideri Abdurrahman Qasımlı, Soyuqbulaq postunu mühasirəyə aldı və ordunun əllərindəki, təxminən 36 min ədəd silah, müxtəlif döyüş topları, tanklar və hərbi maşınları talan etdi. Bu hücum zamanı, polkovnik Pezeşkpur, döyüş postunun komandiri, sui-qəsd nəticəsində yaralandı.

Terrorçu Demokrat Partiyasının üzvü Qəni Bluriyan xatirələrində yazır: “Qasımlı, hər an adamlarla əlaqədə olub döyüş postunun işğal planını hazırlayırdı. Qasımlı inanırdı ki, döyüş postu şər mərkəzidir və aradan qaldırılmalıdır”.

Kürd terrorçular, jandarma postlarının silahsızlaşdırılması, Soyuqbulaq döyüş postuna hücum etmək və Pəsvə döyüş postunun silah və sursat anbarlarını boşaltmaqla, Üşnəviyyə, Sulduz, Bəykəndi və ətrafdakı kəndlərdə hakimiyyəti əli keçitdilər.

Daha sonra terrorçular 31 Aprel 1979-ci ildə kürdləri toplayıb Sulduza gətirərək, təxminən 20 min terrorçunun gücüylə türk şəhərinin mərkəzində kütləvi dəyişiklik etməyə başladılar.

Aprelin 20-də, yaz günəşinin doğuşu, dəhşətli olayların başlayacağına işarə edirdi. Hər şey, Sulduzun məzlum xalqı üçün 3 günlük qanlı müharibənin tarixə düşməsinə hazırlıq idi. Onların mərasimi idman stadionunda, qonşu əyalətlərin və İraqdan gələn kürd terrorçularının iştirakı ilə və terrorçu Demokrat Partiyasının liderinin nitqi ilə başladı.

Terrorçular mitinqdən sonra idman stadionunu tərk edərkən, stadion qonşuluğundakı küçədə yaşayan Abyari Türk ailəsindən 2 nəfəri şəhid etdilər.

Bu vəhşi terrorçular, gördükləri hər kəsi ya öldürür, ya da əsir götürürdü. Terrorçular Sulduzun "Qala Başı" bölgəsini ələ keçirtmək istəyirdilər. Bu bölgəni ələ keçirtmək, şəhərin başqa bölgələrini ələ keçirtmələrini asanlaşdırırdı.

Silahlı toqquşmalar, şəhərin ətrafındakı kəndlərə də çatdı. Bazar ertəsi günü axşam, mərhum molla Qulamrza Həsəni, bir qrup Urmiya göyüllüsü ilə birgə, 2 ədəd ordunun nəfərdaşıyan böyük maşını hazırlayıb Heydərabadın şosse yoluyla əvvəlcə Həsənluya, sonra isə Sulduza varırlar. Onların gəlişi ilə, silahları tükənmiş mübarizələr və xalq yenidən ruhlanır.

Mücadiləsini davam etdirən Qulamrza Həsəni, şəhəri müdafiə edən kişilər, qadınlarla birgə, terrorçu Demokrat Partiyasının qərargahına hücum edir və orada döyüşərək, o yeri ələ keçirdirlər.

Daha sonra 200 nəfərlik vətəndaş gücləri ilə birlikdə şəhərin kənarına, şəhərin cənub-qərb tərəfindəki meşəliklərə doğru hərəkət edərək və terrorçuları mühasirəyə aldılar.

Sulduz döyüşü, sonunda, Türk kişilərlə qadınların dirənib candan keçməsi ilə, 3 Leysan 1358-ci il (24 Aprel 1979 tarixində) terrorçuların qaçmasıyla başa çatır.

 





20.04.2025    çap et  çap et