Vaxt.Az

Merzin sözləri böhrana səbəb oldu


 

Rusiya ilə Almaniya arasında “müharibə” təhlükəsi

Merzin sözləri böhrana səbəb oldu Rusiya-Ukrayna müharibəsi davam edərkən Almaniyanın son açıqlamaları Rusiyanı qəzəbləndirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, əgər Almaniya Ukraynaya “Taurus” qanadlı raketləri tədarük edərsə və bu raketlər Rusiya hədəflərini vurmaq üçün istifadə edilərsə, bu, Almaniyanın Kiyev tərəfində münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcək.

***

“Bu raketlər Bundesverin birbaşa yardımı olmadan buraxıla bilməz. Bu raketlərin Rusiyanın istənilən hədəfinə, xüsusən də Krım körpüsü kimi mühüm nəqliyyat infrastrukturuna hər hansı hücumu Almaniyanın Kiyev rejiminin tərəfində münaqişəyə girməsi demək olardı”, – Zaxarova bildirib.

Almaniyanın ehtimal olunan gələcək kansleri Fridrix Merz Avropadakı tərəfdaşları ilə koordinasiyalı şəkildə Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməyə hazır olduqlarını açıqlayıb.

“Ukraynanın Rusiya ilə Krım arasındakı quru dəhlizinə hücumlar da daxil olmaqla strateji hücum imkanlarına ehtiyacı var”, – Merz deyib.

Bu sözlər Rusiyanın sərt reaksiyasına səbəb olmaqda davam edir.

 





20.04.2025    çap et  çap et