Vaxt.Az

Pasxa və iblislər...


 

... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”

Pasxa və iblislər... Bu görüntü erməni kilsəsinin erməni faşizminin əsas qaynağı, ilhamverici mənbəyi, ideya mərkəzi olduğunu bir daha təsdiqləyir.

Ötən əsrin 90-cı illərində türklərə nifrəti təbliğ edən və bütün erməniləri Azərbaycan torpaqları üzərinə yeni Səlib yürüşünə çağıran erməni keşişləri bu gün də eyni xətti davam etdirirlər.

44 günlük müharibədən dərs almaq və mənfur “miatsum”dan əl çəkmək əvəzinə daha da quduzlaşan keşişlər, indi də dünyanın hər yerindən erməniləri revanşizmə səsləyirlər.

Bu gün bütün Xristian dünyası üçün müqəddəs bir gündür. Onlar özlərinin ən ali bayramı olan Pasxanı qeyd edirlər. Lakin Xristianlığın üz qarası olan ermənilər isə hətta belə bir bayram mərasimində də öz yaramaz xislətlərinə sadiq qalaraq yenə təxribata əl atdılar.

Bu fotoşəkildən də göründüyü kimi Qüds şəhərində Pasxa münasibətilə Müqəddəs Odun alovlandırılması zamanı erməni keşişləri Qarabağdakı keçmiş separatçı qurumun tetris-”bayrağ”ını nümayiş etdiriblər.

Siz bu keşişlərin idbar obrazına, bəkqraunduna baxın, onlar gerçəkdən də ruhaniyə yox, iblisə oxşayırlar. Separatçılıq da şeytan əməlidir...

(ardı var)

 





20.04.2025    çap et  çap et