“The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, böyük tariflər “ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutniklə söhbət etmək üçün bir dəqiqə vaxt ayırdıqdan sonra dayandırıb.
Bessent və Lutnik Trampla təkbaşına danışmaq istəyirmişlər, lakin tarif müharibəsinin əsas dəstəkçisi, prezidentin ticarət müşaviri Peter Navarro buna mane olurmuş. Nəşrin qeyd etdiyi kimi, o, daim Oval Ofisdə “dolaşırdı”.
Aprelin 9-da səhər saatlarında Navarro Ağ Evin başqa bir yerində iqtisadi məsləhətçi Kevin Hassett ilə planlaşdırılan görüş keçirməli idi və onun Ağ Evdə olmaması Bessent və Lutnikə “hərəkətə keçməyə” imkan verib. İki nazir Navarronun cədvəlində yaranan “boşluqdan” yararlanaraq prezidentlə planlaşdırılmamış görüş üçün Oval Ofisə qaçıblar və Trampı tarifləri dayandırmağa inandıra biliblər. Navarro orada yox imiş deyə, onlarla mübahisə edə və əks arqumentlər təqdim edə bilməzdi.
Bessent və Lutnik, “Trump Truth Social”da kütləvi tariflərdə 90 günlük fasilə haqqında post yerləşdirənə qədər Oval kabinetdə gözləyiblər. Bundan dərhal sonra Bessent və administrasiyanın mətbuat katibi Kerolin Livitt ictimaiyyətə açıqlama vermək üçün jurnalistlərin qarşısını çıxıblar. “Bizə hər kəsin eyni şeyi yazması lazım idi”, – deyə, nəşrin mənbəsi izah edib...