O qeyd edib ki, Putin Ukraynadan çox qorxur.
«Çünki Ukrayna bir çox postsovet ölkələri üçün nümunədir. Yəni, insanlar özləri müəyyən edə bilər hansı hakimiyyət onların xoşuna gəlir, hansı yox. Bizim ölkədə insanların özləri oğru məmurları hakimiyyətdən uzaqlaşdıra bildilər. Belə nümunə Putin qorxuya salır. Bu üzdən də onun məqsədi Ukraynadakı sabitliyi tamamilə pozmaqdır. Ölkənin şərqində vəziyyətin gərginləşdirilməsi bütövlükdə Ukraynaya zərbə vurmaqdır», - deyə o vurğulayıb.