Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.
Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq.