Vaxt.Az

225 manata həbsxana həyatı


 

Güzgü, saat, telefon yoxdur

225 manata həbsxana həyatı Cənubi Koreyadakı həbsxana həyatı ilə maraqlananlar üçün çox maraqlı təcrübə təklif olunur. Paytaxt Seuldan təxminən 80 kilometr şimal-şərqdə yerləşən “İçimdəki Həbsxana” adlı hoteldə qalanlar 100 funt-sterlinqə (225 manat) 5 kvadratmetrlik kameralarda gecələyirlər.

***

Keçmiş hüquqşünas Kvon Yonq-sok və həyat yoldaşı tərəfindən 10 ildən çox əvvəl qurulan hotelin məqsədi insanlara gündəlik həyatın rahatlığından uzaq, tək qalmaq üçün bir yer təmin etməkdir. Kameralarda ancaq döşəmə yastığı, kiçik stol və tualet var. Güzgü belə yoxdur, telefon qadağandır, hətta saatlar belə istifadə edilmir. Şam yeməyi qapıdakı kiçik bir deşikdən verilir.

Qonaqlara bu təcrübə zamanı meditasiya, jurnal və sadə yoqa pozaları tətbiq etmək tövsiyə olunur. Söhbətin məhdud olduğu hoteldə qalan bir çox Cənubi Koreyalılar təcrübəni bir növ “virtual türmə” kimi görürlər.

Hotelin qurucusu Kvon, 2013-cü ildə açdığı məkanın ziyarətçilərə özlərini yenidən kəşf etmək şansı verəcəyinə ümid etdiyini söyləyərək, “İşləməyi necə dayandıracağımı bilmirdim. Həyatıma nəzarəti itirdiyimi hiss etdim”, – deyib. Kvonun sözlərinə görə, obyekti qurmaq üçün təxminən 1 milyon funt sterlinq xərcləyib...

 





21.04.2025    çap et  çap et