Vaxt.Az

ABŞ quru əməliyyatına hazırlaşır?


 

“Regionda qlobal təhlükəsizlik yaradacaq”

ABŞ quru əməliyyatına hazırlaşır? “Husilər” terrorçularının xarici işlər naziri Camal Əmir, ABŞ-ın Yəməndə quru əməliyyatına hazırlaşdığını bildirib və belə bir addımın regionda qlobal təhlükəsizlik yaradacağı ilə bağlı xəbərdarlıq edib.

Husilərin idarə etdiyi SABA xəbər agentliyinin məlumatına görə, Əmir paytaxt Sənada Birləşmiş Millətlər Təşkilatının Hudeydə Müqaviləsinə Dəstək Missiyası (UNMHA) rəhbərinin müavini Mari Yamaşita ilə görüşüb.

“Yəmənin qərbindəki Əl-Hüdeydə şəhərindəki Ras İsa limanının hədəfə alınması və tibb işçilərinin bombalanması tam hərbi cinayətdir və araşdırılmalıdır”, – qondarma hökumətin naziri Əmir bildirib.

ABŞ-ın xüsusilə təmas zonaları və sahillərdəki hava hücumlarına diqqət çəkən Əmir, “Bu vəziyyət ABŞ-ın qurudan hərbi əməliyyata hazırlaşdığını və yandırılmış torpaq siyasəti yürütdüyünü göstərir”, – deyib.

Vəziyyətin nəzarətdən çıxmaması lazım olduğuna işarə edən Əmir, “Vəziyyətin nəzarətdən çıxmaması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə (Antonio Quterreş) mesaj göndəririk”, – deyib.

ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth Social” platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirmişdi.

Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın maneə törədilməsinin Vaşinqtonu da əhatə edəcəyini vurğulamışdı.

 





21.04.2025    çap et  çap et