Vaxt.Az

“Bütün həyatını Tanrıya və kilsəyə həsr etdi”


 

“Sədaqət, cəsarət və ümumbəşəri məhəbbətlə yaşamağı öyrətmişdi”

“Bütün həyatını Tanrıya və kilsəyə həsr etdi” Vatikan Roma Papası Fransisin 88 yaşında vəfat etdiyini açıqlayıb. Vatikan yalnız “X” sosial media platformasındakı paylaşımda Papanın öz iqamətgahında dünyasını dəyişdiyini bildirib.

“Bu səhər saat 7:35-də Roma yepiskopu Fransisk evinə Allahın hüzuruna qayıtdı. O, bütün həyatını Tanrıya və kilsəyə xidmət etməyə həsr etdi”, – Vatikanın Kamerlenqo kardinalı Kevin Ferrell elanda deyib.

“O, bizə və xüsusən də ən kasıb və ən təcrid olunmuş insanlara müqəddəs İncilin dəyərlərini – sədaqət, cəsarət və ümumbəşəri məhəbbətlə yaşamağı öyrətdi. Onun İsanın həqiqi şagirdi kimi göstərdiyi nümunəyə görə böyük minnətdarlıqla, Papa Fransisin ruhunu sonsuz mərhəmətli Allah sevgisinə əmanət edirik”, – kardinal Ferrell yazıb.

Papa bu yaxınlarda həyati təhlükəsi olan ikiqat pnevmoniya ilə mübarizə apararaq beş həftə Roma xəstəxanasında yatmışdı və martın sonunda Vatikana qayıtmışdı.

***

2013-cü il martın 13-də papalığın kürsüsünə keçən Papa Fransis iki günlük qısa seçim prosesindən sonra 115 kardinal arasından seçilmişdi.

266-cı Papa seçilən Fransis, Amerika qitəsindən seçilən ilk Latın Amerikası əsilli papa idi.

Vatikandakı katoliklərin ruhani lideri Papa Fransis bazar günü Pasxa mərasimində Müqəddəs Pyotr Meydanında minlərlə insana xeyir-dua vermək və onlara salamlaq üçün sürpriz şəkildə avtomobili ilə meydanda gəzdirmək üçün çıxmışdı.

 





21.04.2025    çap et  çap et