Vaxt.Az

Şərab da qırmızı, eşq də qırmızı


 

Turizm şirkətləri “Naigin K Tovuz Baltiya” MMC-yə infotur edib

Şərab da qırmızı, eşq də qırmızı Aprelin 16-da Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın turizm şirkətinin nümayəndələri “Naigin K Tovuz Baltiya” MMC-nin Şərq bazarında fəaliyyət göstərən pərakəndə satış mərkəzini ziyarət edib. Tədbirin təşkilində məqsəd “Naigin K Tovuz Baltiya”nın turizm şirkətləri şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda şərab marşrutlarının inkişafına və ixrac potensiallı Azərbaycan brendlərinin təbliğ edilməsinə dəstəkdən ibarətdir.

“Naigin K Tovuz Baltiya” MMC-nin baş direktoru Naiq Məmmədhəsənov qonaqlara rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verərək bildirib ki, “ Naigin K” korporasiyasına daxil olan “Naigin K Tovuz Baltiya” şirkəti üzümün yetişdirilməsi və şərab məhsullarının istehsalı məqsədilə 1989-cu ildə təsis olunub.

Şirkətin geniş resurslara malik olması, istehsal müəssisəsinin uğurlu coğrafi məkanda yerləşməsi və şirkət rəhbərliyinin peşəkarlığı qısa müddət ərzində üzümçülük və şərabçılıq sahəsində ciddi uğurların əldə olunmasına səbəb olub. Çox qısa vaxtda yerli bazarda hakim mövqedə qərarlaşan şirkət bir müddətdən sonra məhsullarını beynəlxalq arenaya da çıxara bilib.

“Naigin K Tovuz Baltiya” nın icraçı direktoru Günel Məmmədhəsənova bildirib ki, təmsil etdiyi şirkətin şərabcılıq və konyak istehsalı ilə dünyada məşhur olan ölkələrlə sıx əməkdaşlıq əlaqələri var.

“Şirkətimiz Azərbaycan şərab brendlərinin xaricdə tanınması istiqamətində mühüm işlər həyata keçirir”, deyən icraçı direktor  onu da diqqətə çatdırıb ki, hazırda “Tovuz Baltiya” MMC xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə, festivallarda ölkənin şərab məhsullarını uğurla nümayiş etdirir.

“Millennium Turizm Konqres” DMC-nin direktoru Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti  Vüqar Zeynalov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu dəstək ölkəmizdə kiçik və orta biznesin inkişafını, məşğulluğun artmasını və xüsusilə regionlarda iqtisadi aktivliyi sürətləndirir.

Daha sonra şirkətin məhsullarının sərgiləndiyi sahəyə baş çəkən qonaqlara şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə məlumat verilib, Azərbaycanın şərabçılıq sənayesi, eləcə də ölkəmizdə istehsal olunan içki məhsullarının ixrac olunduğu ölkələr haqda broşürlər təqdim olunub.

 





21.04.2025    çap et  çap et