Vaxt.Az

Dəyərlərlə idarə olunan ölkələr ...


 

... Daha təhlükəsiz olurlar

Dəyərlərlə idarə olunan ölkələr ... Dünyada adambaşına düşən hüquqşünas sayına görə birinci yerdə İtaliyadır (240 nəfərə 1 nəfər) Bu rəqəm Yunanıstanda 265/1, İspaniyada 300/1, ABŞ 320/1, Braziliyada 325/1-dir.

Müvafiq olaraq cinayət indeksinə görə İtaliya 45,47, Yunanıstan 52,68, İspaniya 35,37, ABŞ 48,50, Braziliya 67,85-dir. 40-60 aralığı orta səviyyə sayılır.

Yaponiyada isə hər 5000 adama 1 hüquqşünas düşür, cinayət indeksi isə 22,38-dir. Çində isə 5025 nəfərə 1 hüquqşünas düşür, cinayət indeksi isə 30-dur.

Müqayisə inkişaf etmiş ölkələrlə daha qüsursuz olur. Yoxsa ki, Əfqanıstanda 105 min adama 1 hüquqşünas düşür.

Çıxan nəticə odur ki, cəmiyyəti dəyərlərlə idarə olunan ölkələrdə daha az cinayət olur, daha təhlükəsiz olurlar. İnzibati alətlərə çox ehtiyac olmur. Ölkələrlə yanaşı, şirkətlərdə də bu belə olmalıdır. Dəyərlər sistemini məhv etməyə yönəlmiş hər bir addım gələcəyə atılmış səssiz bombadır.

 





22.04.2025    çap et  çap et