Müasir qidalanma tərzi “Omega-6” və soya ilə həddən artıq yüklənib, halbuki faydalı Omega-3 yağ turşuları çox azdır. Nəticədə yağ turşuları balansı pozulur: normalda 1:1 olmalı ikən, bu nisbət 20:1-ə qədər “Omega-6”nın xeyrinə dəyişir. Normaya qayıtmaq üçün mütəxəssislər aşağıdakıları tövsiyə edir:
“Omega-3”ün DHA və EPA formalarını seçin – məhz bu iki komponent beyni və yaddaşı dəstəkləyir;
Həftədə azı iki dəfə yağlı balıq yeyin – məsələn, qızılbalıq (losos), skumbriya, sardina, ançous;
Balıq sevmirsinizsə, DHA və EPA tərkibli əlavələr qəbul edin – gündəlik 1-2 qram kifayətdir;
Qarğıdalı və soya yağını azaldın, onun əvəzinə zeytun yağı və ya təmizlənmiş kərə yağı (qaymaq yağı) istifadə edin — bu, “Omega-3”ün orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır;
Yağ turşularını fosfolipidlərlə birlikdə qəbul edin – onlar yumurtada və kril yağında olur, bu isə faydanı maksimuma çatdırır.
Qidalanma balansı – sağlam beyin, emosional dayanıqlıq və yüksək konsentrasiya deməkdir.