Vaxt.Az

İnam qorxunu susduran səsdir...


 

Hər möcüzə bir onunla başlayır

İnam qorxunu susduran səsdir... Qaranlıqdan qorxuruq, uğursuzluqdan ehtiyat edirik, bəzən isə sadəcə dəyişməkdən çəkinirik. Amma bütün bu qorxulara qarşı içimizdə bir qüvvə var – İNAM!

İnam qorxuya həmişə qalib gəlir. Çünki qorxu səssizlikdən, tənhalıqdan, güvənsizlikdən qidalanır. İnam isə səsdir – içimizdəki sakit, amma əmin və davamlı səs.

İnanmaq ilk qələbədir. Qalanı artıq zamanın və iradənin məsələsidir.

Qorxu pislik deyil – o, yalnız bir xəbərdarlıqdır. Amma inam başlanğıcdır. Hər böyük uğur hekayəsi qorxu ilə başlasa da, inamla tamamlanır.

Hər gün seçim qarşısındayıq: geri çəkilmək, yoxsa bir addım atmaq? Cavab sadədir: İnam qorxuya həmişə qalib gəlir, çünki o, insanın içindəki ən dərin həqiqətdir. Və bir dəfə o həqiqətə toxunan insan heç vaxt qorxunun əsiri ola bilməz.

Hər möcüzə bir inamla başlayır. İnanırsansa, artıq qalib gəlmisən. Alınacağını bilməyin tək yolu cəhd etməkdir.

Qorxu bir qaranlıq, inam isə o qaranlığın içindəki işıqdır. Hər kəsin içində bir işıq var, o işığı yandırmaq üçün cəsarət, ümid və bir az da sevgi lazımdır.

Hər insanın içində bir qəhrəman var. O qəhrəman bizim inamımızdır. Öz hekayəmizin qəhrəmanı olmağın əsl vaxtıdır.

 





22.04.2025    çap et  çap et