Vaxt.Az

Putindən ŞOK addım


 

Azərbaycanın rusdilli əhalisi «SSRİ vətəndaşı» ELAN olundu

Putindən ŞOK addım Prezident Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanunu imzalayıb. Modern.az saytının xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

«Rusiya Federasiyasının vətəndaşlığı haqqında» qanuna dəyişikliklər edilməsi haqqında» qanuna əsasən, Rusiya Federasiyası ərazisində yaşayan və «rus dilinin daşıyıcısı» kimi tanınan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığına qəbulu sadələşdirlimiş qaydada aparılacaq. Hazırda və ya əvvəllər mütəmadi olaraq Rusiya Federasiyası ərazisində, yaxud Rusiya İmperiyası və SSRİ-nin dövlət sərhədləri daxilində yaşayan, bu dildə danışan, rus dilindən ailə-məişət, ictimai, mədəni və digər sferalarda istifadə edən şəxslər və onların qohumları «rus dilinin daşıyıcıları» kateqoriyasına daxil edilib. Əcnəbinin rus dilini bildiyi və xarici ölkə vətəndaşlığından imtina edəcəyi halda bu qanun ona şamil ediləcək. Əgər «rus dilinin daşıyıcısı» olan həmi şəxsin vətəndaşlığı Rusiya ilə imzalanmış beynəlxalq müqavilə çərçivəsindədirsə, yaxud xarici ölkə vətəndaşlığından imtina həmin xarici vətəndaşın iradəsindən asılı deyilsə, o zaman əcnəbi ölkə vətəndaşlığından imtina tələb olunmur. Əcnəbi vətəndaşlıqdan imtina edən xaricilər sadələşdirlmiş qaydada vətəndaşlıq ala bilərlər. Bunun üçün 5 il fasiləsiz Rusiya ərazisində yaşamaq tələb olunur. Belə vətəndaşlar üçün viza verilməsinin yeni qaydası tətbiq olunacaq. Həmin şəxs əgər «rus dilinin daşıyıcısı» kateqoriyasına salınıbsa, onun ölkədə qalıb işləməsi üçün veriləcək vizası yalnız Rusiya vətəndaşlığı üçün müraciət etdiyi təqdirdə uzadılacaq.

Bu kateqoriyadan olanlar üçün viza müddəti 3 illik nəzərdə tutulub. Əgər bu şəxs 2 il müddətində Rusiya vətəndaşlığı üçün rəsmi müraciət etməsə, onun vizası ləğv olunur. Göstərilən tələblərə uyğun gələn şəxslər üçün Rusiya vətəndaşlığı almaq üçün onların Rusiyaya gəlməsinə güzəştli şərtlər müəyyənləşdiriləcək.

Dövlət Duması qanunu aprelin 4-də qəbul edib.

 





21.04.2014    çap et  çap et