Vaxt.Az

Müharibə ilk olaraq haradan başlayacaq?


 

Hərbi ekspert tarix verdi

Müharibə ilk olaraq haradan başlayacaq? Britaniyalı hərbi ekspertin fikrincə, NATO ölkələri cəmi iki il ərzində Rusiya ilə hərbi münaqişəyə cəlb oluna bilər. “Royal United Services Institute” (RUSI) analitik mərkəzinin əməkdaşı Ed Arnold belə hesab edir.

Almaniyanın müdafiə sektoruna nəhəng sərmayələr yatırmağı planlaşdırdığına gəlincə, Arnold xəbərdarlıq edib ki, Almaniya hökumətinin Rusiyanın yaratdığı təhlükə qarşısında on il ərzində sərmayələri yaymağa vaxtı yoxdur. Bunun əvəzinə, Bundesver ilk növbədə özünün sübut edilmiş silah sistemləri və döyüş sursatlarının, xüsusən də artilleriya sursatlarının ehtiyatını sürətlə artırmağa diqqət etməlidir.

 

Müttəfiqlərə davamlı dəstək...

 

Arnoldun sözlərinə görə, təklif olunan sistemlərə “Taurus” qanadlı raketi, “Leopard 2 A8” əsas döyüş tankı və “Boxer” zirehli nəqliyyat vasitəsi daxildir. Hər ikisi digər Avropa ölkələrinin də istifadə etdiyi döyüş texnikalarıdır.

Ekspertin sözlərinə görə, Almaniyanın “IRIS-T” və artıq Bundesver tərəfindən istismardan çıxarılan “Gepard” kimi hava hücumundan müdafiə sistemləri Ukraynadakı müharibədə kifayət qədər effektiv olub. O, həmçinin bunların kütləvi istehsala salınmasını və müttəfiqlərə ixrac edilməsini təklif edir.

 

Münaqişə haradan başlayacaq?

 

Arnold, Avropanın yalnız ən texnoloji cəhətdən inkişaf etmiş silahları hədəfə almaq fikrindən uzaqlaşmalı olduğunu söyləyərək, “Ukrayna göstərdi ki, hər zaman ən yaxşısına sahib olmaq məcburiyyətində deyilsən. Sadəcə rəqibindən bir az üstün olmalısan”, – deyib.

Ekspertin fikrincə, əgər Rusiya qəsdən münaqişəyə can atırsa, bu, çox güman ki, Baltikyanı ölkələrdə, məsələn, Mərkəzi Avropada NATO ölkələri ilə onların Baltikyanı müttəfiqləri arasında yeganə quru körpüsü olan Suvalki boşluğunda mümkün olacaq. Arnold həmçinin NATO ölkələri ilə Rusiyanın Avropada geniş hərbi aktivliyi nəzərə alaraq, istəmədən başqa yerlərdə münaqişəyə qarışa biləcəyi ehtimalı barədə xəbərdarlıq edib.

 





22.04.2025    çap et  çap et