Vaxt.Az

Erməni lobbinin ən böyük fiquru hakim qarşısında


 

Türk düşməni senatorun arvadı Nadinə Arslanyanın da məhkəməsi başlayır

Erməni lobbinin ən böyük fiquru hakim qarşısında Keçmiş ABŞ senatoru Bob Menendezin həyat yoldaşı Nadinə Arslanyan Menendez ərinin cinayətlərindəki roluna görə rüşvətxorluq və korrupsiya ittihamları ilə təqsirli bilinib.

Türk düşməni olan korrupsiya və rüşvətxorluq ittihamı ilə 11 il həbs cəzasına məhkum edilən keçmiş ABŞ senatoru Bob Menendezin həyat yoldaşı Nadinə Arslanyan Menendez ərinin cinayətlərində rol oynadığı səbəbilə açılan iddia çərçivəsində Manhetten Federal Məhkəməsində hakim qarşısına çıxıb. Beyrut doğumlu, Livan erməni əsilli, 58 yaşlı Nadinə Arslanyan Menendez ona qarşı irəli sürülən 15 ittihamın hamısında, o cümlədən rüşvətxorluq, vicdanlı xidmətlərdə dələduzluq və dövlət məmurunun xarici agent kimi fəaliyyət göstərməsi üçün sui-qəsddə günahkar bilinib. Manhetten baş prokurorunun müavini Metyu Podolski hökmdən sonra verdiyi açıqlamada “Nadinə Menendez və senator Bob Menendez cinayət ortağı idi” dedi. “Onlar öz maraqlarını və xəsisliyini vətəndaşların mənafeyindən üstün tutdular. Senator Bob Menendez xidmət etmək üçün seçildi”, – deyib. Nadinə Menendezin hökmünün iyunun 12-də açıqlanacağı bildirilib.

***

ABŞ-ın keçmiş demokrat senatoru Bob Menendez Nyu-Cersi ştatından bir neçə iş adamına və Misir hökumətinə kömək etmək üçün səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılıb. Menendezin cinayətləri kimi – siyasi fəaliyyətləri müqabilində qızıl külçələr, nağd pul və lüks avtomobillər də daxil olmaqla maliyyə korrupsiyası ilə məşğul olduğu iddia olunur. Bu kontekstdə açılan korrupsiya və rüşvət iddiasında mühakimə olunan Menendez istintaqa təzyiq göstərərək ədalət mühakiməsinə mane olmaq və xarici ölkə adından hərəkət etmək də daxil olmaqla, 16 ayrı ittihamın hamısında günahkar bilinib. Hadisələrdən sonra Senatdakı vəzifəsindən istefa verən Menendez məhkəmə tərəfindən 11 il həbs cəzasına məhkum edilib.

***

Erməni lobbisinin ən böyük nümayəndələrindən olan Nadinə Menendezin rüşvət yolu ilə əldə edilən qeyri-qanuni pulların idarə edilməsində və Misir rəsmilərinin tələblərinin Bob Menendezə çatdırılmasında rol oynadığı iddia edilirdi. Əri Bob Menendezlə hakim qarşısına çıxması planlaşdırılan Nadinə Menendez xərçəng müalicəsi aldığı üçün məhkəməsi təxirə salınıb.

 





22.04.2025    çap et  çap et