Bildirilib ki, aprelin 20-də, Adolf Hitlerin doğum günündə Essingeleden rayonunda magistral yolun girişində üzərində svastika olan üç nasist bayrağı dalğalanıb.
Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson verdiyi açıqlamada, hadisə ilə bağlı bir çox insanın onlara qarşı şikayət etdiyini və nifrət cinayətləri səbəbiylə hadisə ilə bağlı araşdırma başlatdıqlarını söylədi.
İsveçdə belə şeylərin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson, magistral yolun girişindəki qayaların üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib.
"Xüsusilə fəallar siyasi mesajlar paylaşırlar, çünki burada trafik sıxdır. Bu paylaşımın olması xoş deyil", – deyən Eriksson, Nasist bayrağının böyük ehtimalla aprelin 20-də anadan olan diktator Adolf Hitlerin doğum günü üçün asıldığını bildirib.