Vaxt.Az

Fransada ölkəni şoka salan cinayət


 

1 milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb

Fransada ölkəni şoka salan cinayət Fransanın paytaxtı Paris yaxınlığındakı Nanter şəhərində Paris İctimai Xəstəxanalar İdarəsinə (AP-HP) məhsul tədarük edən bir tibb müəssisəsinin anbarından 1 milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb. Polis mənbələrindən verilən məlumata görə, əməliyyat heç bir məcburi giriş və ya sındırılmış qapı əlamətləri olmadan həyata keçirilib.

Oğru və ya oğrular içərisində çoxlu sayda xərçəng dərmanı olan qutularla qaçırarkən, soyuducu anbarda olan qutuların bir qismini də istifadəyə yararsız hala salıblar. Hadisə zamanı anbarda olan mühafizəçi maska ​​və əlcək taxan şəxslə qarşılaşmasına baxmayaraq, vaxtında müdaxilə edib polisə məlumat verə bilməyib.

Dövlət xəstəxanaları agentliyi AP-HP oğurluq şübhəsini təsdiqləsə də, davam edən istintaq səbəbi ilə əlavə açıqlama verə bilməyəcəyini bildirib. Səlahiyyətlilər hadisənin xəstənin müalicələrinə heç bir mənfi təsirinin olmayacağını da vurğulayıblar.

Nanter Respublika Prokurorluğu hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır.

 





22.04.2025    çap et  çap et