Vaxt.Az

“PROX1” zülalı qişaya ziyandır


 

Alimlər görmə qabiliyyətini bərpa edən müalicə tapıb

“PROX1” zülalı qişaya ziyandır Cənubi Koreyanın KAIST Universitetinin tədqiqatçıları görmə qabiliyyətini daimi olaraq bərpa edən ilk müalicəni hazırlayıblar. Klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır.

Universitetinin alimləri görmə itkisinə səbəb olan tor qişanın zədələnməsini aradan qaldıra bilən dərman hazırlayıblar. Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.

Araşdırmanı aparan Cin Vu Kim və komandası optik sinirlərin bərpasına imkan verən müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) bloklayıblar.

***

Araşdırmalara görə, “PROX1” zülalı tor qişanın təmirini əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.

Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının təmirində daha müvəffəqiyyətli olduğunu ortaya qoydular.

***

Bu tapıntılara əsaslanaraq, komanda “PROX1”i zərərsizləşdirən xüsusi antikor hazırlayıb. Celliaz biotexnoloji şirkəti ilə birlikdə hazırlanmış bu antikor siçanlarda retinal hüceyrələrin bərpasını və görmə qabiliyyətini bərpa etməyə imkan verdi.

Müalicə olunan siçanlarda görmə 6 ay ərzində qorunub saxlanıldı. Tədqiqat qrupu indi bu müalicəni insanlara tətbiq etməyə hazırlaşır.

“Biz “PROX1”i zərərsizləşdirən CLZ001 adlı antikorun son mərhələsindəyik. Növbəti addım preklinik tədqiqatlara keçməkdir”, – deyən Eun Cunq Li, araşdırmaların tezliklə insan sınaqlarına doğru irəliləyəcəyini bildirib.

 





22.04.2025    çap et  çap et