«Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir».
Qeyd edək ki, «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
***
Milli Məclis sədrinin müavini Bahar
Muradova proporsional seçki sisteminin bərpasının mümkünlüyü məsələsinə
münasibət bildirib. O,Modern.az-a deyib ki, Azərbaycanda mövcud olan majoritar
seçki sistemi artıq bir neçə dəfə çox yaxşı sınaqdan çıxıb:
«Hesab edirəm ki, bu sistem çox yararlıdır. Proporsional seçkinin yenidən
bərpası ilə bağlı fikirlərə də normal baxıram. Çünki hər bir kəs öz
fikrini söyləməkdə azaddır».