Vaxt.Az

İsraildən müharibə məşqi


 

İran hücumun simulyasiyası həyata keçirildi

İsraildən müharibə məşqi İranın nüvə proqramı ilə bağlı narahatlıqların yenidən artdığı bir vaxtda İsrail ordusu kritik addım atıb.

İsrailin ictimai yayımı “Kan News”a görə, Hərbi Hava Qüvvələri 2024-cü ilin aprel və oktyabr aylarında İranın daha əvvəl hədəf aldığı bazalarda baş verə biləcək hücum ssenarilərinin simulyasiyasını məşq edib.

Təlimin məqsədinin ABŞ və İran arasında nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İsrailin müdafiə qabiliyyətinin artırılması olduğu açıqlanıb.

Məşqin vaxtı diqqəti çəkir. Keçən həftə “The New York Times” qəzetində dərc olunan xəbərdə İsrail və ABŞ-ın İrana qarşı birgə hücum planı hazırladığı, lakin bu planın o zamankı ABŞ prezidenti Donald Tramp tərəfindən əngəlləndiyi iddia edilmişdi.

Xəbərə görə, sözügedən hərbi əməliyyat planı İranın nüvə fəaliyyətinə birbaşa müdaxiləni nəzərdə tuturdu. Lakin Vaşinqtonun qəfil geri addımı Tel-Əvivdə etirazla qarşılanıb.

İsrail rəsmiləri hesab edirlər ki, sızdırılan bu məlumat ABŞ-ın İrana qarşı “danışıqlar üçün təzyiq” taktikasıdır. Xüsusilə həssas bir zamanda gələn bu sızıntının Tehranı nüvə proqramında güzəştə getməyə məcbur etmək məqsədi daşıdığı düşünülür.

***

Bu hadisələrin kölgəsində ABŞ və İran arasında diplomatik təmaslar davam edir. Danışıqların ikinci raundundan sonra Oman Xarici İşlər Nazirliyi “ədalətli, davamlı və məcburi razılaşmaya doğru irəliləyiş əldə edildiyini” açıqlayıb.

Bəyanatda deyilir ki, sazişin əsas məqsədi İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu təmin etməklə yanaşı, nüvə silahından azad qalmasını təmin etməkdir.

 





22.04.2025    çap et  çap et