Vaxt.Az

“ABŞ-a baha başa gələcək”


 

Tehrandan Vaşinqtona təhdid kimi xəbərdarlıq

“ABŞ-a baha başa gələcək” İranın xarici işlər naziri Abbas Araqçının mənzil-qərargahı Nyu-Cersidə yerləşən Karnegi Fondunda “Beynəlxalq Nüvə Siyasəti” mövzusunda verməsi planlaşdırılan çıxışı ləğv edilib.

Nazirin konfransda çıxış edəcəyi xəbərinin ardınca İsrail lobbisinə bağlı qruplar konfransın ləğvi üçün kampaniyaya başladıblar və proqramın ləğvinə nail olublar. Həm İran tərəfi, həm də Karnegi Fondu bir-birini əvvəllər planlaşdırılan proqramı dəyişməkdə ittiham edib.

Araqçı daha sonra konfransda çatdıracağı mətni sosial media hesabında paylaşıb.

Mümkün razılaşmada ABŞ ilə iqtisadi əlaqələri xüsusilə vurğulayan Araqçı çıxışında, “İran ABŞ ilə iqtisadi və elmi əməkdaşlığa heç vaxt mane olmayıb. Əsl maneə, tez-tez müəyyən nüfuzlu dairələrin təsiri altında hərəkət edən ABŞ-ın əvvəlki administrasiyaları olub. Bu yaxınlarda "The Washington Post"un səhifələrində də izah etdiyim kimi, Amerika şirkətləri İranın trilyonlarla dollarlıq imkanından yararlana bilər", – deyib.

ABŞ ilə də nüvə ticarəti edə biləcəklərini qeyd edən Araqçı, "İranın Buşəhr AES-də hazırda yalnız bir aktiv reaktor var. Bizim uzunmüddətli planımız ən azı 19 daha çox reaktor tikməkdir. Bu o deməkdir ki, potensial olaraq on milyardlarla dollarlıq müqavilələr mövcuddur. Tək İran bazarı Amerika nüvə sənayesini canlandırmaq üçün kifayət qədər böyükdür", – deyib.

İranlı nazir sanksiyaların ləğvi müqabilində ABŞ ilə yeni nüvə anlaşmasına hazır olduqlarını bildirərək, mümkün müharibənin ABŞ iqtisadiyyatına ağır baha başa gələcəyini, İranla razılaşmanın və sanksiyaların aradan qaldırılmasının isə Amerika şirkətləri üçün trilyonlarla dollarlıq iqtisadi imkanlar təmin edəcəyini vurğulayıb.

 





22.04.2025    çap et  çap et