Belə ki, «Bakıelektrikşəbəkə»dən bu gün
Modern.az saytına verilən məlumatda bildirilib ki, təyinat hələ baş
tutmadığından Nizami Paşayev elə burada işinə davam edir.
Nizami Paşayevin özü isə təyinat
rəsmiləşmədiyindən telefonlara cavab verməkdən yayınır.
«Bakı Metropoliten»də mətbuat xidmətinin
telefonlarına hələ ki cavab verən bir kimsə yoxdur.
Prezidentin 2014-cü il fevralın 27-də
imzaladığı sərəncama əsasən, «Bakı Metropoliteni»nin və «Azərtunelmetrotikinti»
Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus «Bakı
Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni qurumun sədri
vəzifəsinə bu təyinatadək «Bakıelektrikşəbəkə» ASC-nin sədr müavini işləmiş
Zaur Hüseynov gətirilib.
Verilən məlumata görə, hazırda yeni
qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır.
Nizamnamə hazır olandan sonra «Bakı Metropoliteni»nin yeni rəis müavinləri də
ölkə başçısı tərəfindən təsdiqlənəcək.
«Bakı Metropoliteni» QSC-də hər şeyə bu ayın sonunda - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək. Eləcə də «Bakı Metropoliteni»ndə struktur dəyişikliyi, mətbuat xidmətinin rəhbəri bəlli olacaq.