Vaxt.Az

Süni intellektlə cek-pot uddu


 

Lotereyada 36 milyon qazandı

Süni intellektlə cek-pot uddu Rusiyanın Nijni Novqorod vilayətində yaşayan Anastasiya bir ay təsadüfi lotereya biletləri alsa da, bəxti gətirməyib. Sonra strategiyasını dəyişmək qərarına gəldi və proqnozlara əsaslanaraq süni intellektdən məsləhət alıb. Bu strategiya ona “Rapido Pro” lotereyasında düz 36 milyon rubl (751 min manatdan çox) qazandırdı.

***

Rusiyanın ən böyük dövlət lotereya distribütoru olan “Stoloto” Anastasiyanın uduşunu təsdiqləyib. Açıqlamaya görə, gənc qadın əvvəllər təsadüfi bilet alırmış, lakin sonradan iştirak strategiyasını dəyişməli olduğunu anlayıb. Süni intellektlə işləyən neyron şəbəkəsi ilə məsləhətləşərək, ona təklif olunan ədədlərin xüsusi birləşməsini seçib.

Bu seçim 32.5497-cu lotereyanın nəticəsi olaraq ona yüz minlərlə manat mükafat qazandırıb.

Baş mükafatını qazandıqdan sonra Anastasiya əvvəlcə ev almağı və təmir işlərində anasına kömək etməyi planlaşdırır. O, həmçinin noutbuk və məişət texnikası almağı və Çinə səyahət etməyi düşünür.

Moskva vilayətində yaşayan başqa bir şəxs daha əvvəl Orexovo-Zuyevo bazarında səhvən aldığı biletlə 285 milyon rubl (5 milyon 950 min manat) udmuşdu.

 





22.04.2025    çap et  çap et