Amma onun necə istifadə edilməsi, insanın daxili tarazlığı və xarici münasibətləri üçün həlledici rol oynayır.
Eqonun olmasının faydaları da var.
Məsələn, özünüdərketmə, şəxsi sərhədlərin qorunması, motivasiya və məqsəd, məsuliyyət hissi və s..
Özünüdərketmə insana kim olduğunu, nə istədiyini, sərhədlərini hara qədər olduğunu qəbullandırır.
Şəxsi sərhədlərin qorunması insana “yox” deməyi öyrədir, öz hüquqlarını qorumağa kömək edir.
Motivasiya və məqsəd uğur qazanmaq, fərqlənmək arzusuna təkan verir.
Məsuliyyət hissi isə insanın etdiyi hərəkətlərə görə məsuliyyət daşımağa vadar edir.
Eqonun zərərli tərəfləri də var.
Müsal üçün, təkəbbür və eqoizm – Başqalarının fikirlərini saya salmamaq, özünü hər kəsdən üstün görmək.
Qarşılıqlı münasibətlərdə gərginlik – hər zaman haqlı olmaq iddiası, güzəştə getməmək.
Tənqidi qəbul etməmək – özünü daim müdafiə etmək, inkişafı əngəlləyir.
Qısacası, əgər eqomuzdan düzgün istifadə üsullarını öyrənə bilsək, çox uğur qazana bilərik. Əks-halda bizi məhv edən məhz eqomuz olacaqdır…