Beləliklə, “Bitcoin”, ABŞ prezidenti Donald Trampın müttəfiqlərinə əlavə tariflər elan etməsindən sonra başlayan riskli aktivlərin satışının ardınca aprelin 7-də müşahidə etdiyi minimum həddən təxminən 20 faiz bahalaşıb.
Bu yüksəlişlə “Bitcoin”, tarif qeyri-müəyyənliyinin hökm sürdüyü bazarlarda görkəmli aktiv olan qızıla yaxınlaşmağa başladı.
“Bitcoin”in ABŞ aktivlərindən ayrılaraq yüksəlişi, Trampın hakimiyyətdə olduğu ilk üç ayı çoxlarının gözlədiyi yüksəlişi alovlandıra bilmədikdən sonra kripto nəhəngləri üçün bir qədər rahatlıq təmin edir. Ancaq bu ayın yüksəlişindən sonra belə, “Bitcoin” hələ də Trampın Ağ Evə qayıtdığı vaxtdan xeyli aşağıda ticarət edir.
Trampın keçən həftə faiz dərəcələrini azaltmaqda çox ləng davranmaqda günahlandırdığı FED sədri Cerom Pauellə hücumları investorları daha da narahat etdi.
Dollar indeksi dünən 2023-cü ildən bəri ən aşağı səviyyəyə çatdıqdan sonra bir qədər də bərpa olunub. Qızılın bir unsiyasının qiyməti ilk dəfə olaraq 3500 dolları ötüb.
Sidneydə yerləşən kripto hedcinq fondu DACM-in həmtəsisçisi Riçard Qalvin, “Bitcoin texnoloji fonddan daha çox qızıl kimi ticarət etməyə davam edərsə, ayrılma sürətlənəcək”, – deyib.